Maykl Faradey

Maykl Faradey (22 sentyabr 1791[…], Nyuinqton-Batts[d] – 25 avqust 1867[…], London) — ingilis fiziki və kimyaçısı. Maykl Faradey elektromaqnetizm və elektrokimyanın öyrənilməsinə töhfə verən ingilis alimi. Onun əsas kəşfləri arasında elektromaqnit induksiyası, diamaqnetizm və elektroliz kimi əsasını qoyduğu prinsiplər var. Faradey güclü təhsil almasa da, tarixin ən nüfuzlu elm adamlarından biri idi. Faradeyin fizikada elektromaqnit sahəsi anlayışının əsasını qoyduğunu birbaşa cərəyan keçirən bir naqilin ətrafındakı maqnetik sahədəki araşdırmasıyla əlaqələndirdi. Faradey, həmçinin maqnitin işıq şüalarına təsir göstərə biləcəyini və iki hadisə arasında əsas əlaqənin olduğunu təsbit etdi. Eyni şəkildə elektromaqnit induksiyası və diamaqnetizm prinsiplərini və elektroliz qanunlarını kəşf etdi. Onun elektromaqnitli fırlanan cihazların ixtiraları elektrik mühərrikinin əsasını qoydu və bu səylərin nəticəsində elektriyin texnologiyada istifadəsi əlverişli hala gəldi. Faradey bir kimyaçı olaraq benzolu kəşf etdi, xlorun klatrat hidratını araşdırdı, Bunsen yanarının erkən formasını və oksidləşmə nömrələri sistemini icad etdi və "anod", "katod", "elektrod" və "ion" kimi populyar terminləri tapdı. Faradey həyatı boyunca Kral İnstitutunda ilk və ən öncül Fullerian Kimya professoru vəzifəsini tutdu. Faradey fikirlərini aydın və sadə dildə çatdıran əla ekspert idi; riyazi qabiliyyətləri isə triqonometriyaya qədər və ən sadə cəbr bilikləri ilə məhdud idi. Ceyms Maksvell, Faradey və başqalarının işlərini ələ alaraq və bu işləri, bütün müasir elektromaqnit nəzəriyyələrinin əsasını kimi qəbul edilən tənliklər toplusunda ümumiləşdirdi . Faradeyin güc xətlərindən istifadə etməsi ilə əlaqədar olaraq, Maksvell, Faradeyin əslində gələcəyin riyaziyyatçılarının qiymətli metodlar əldə edə biləcəyini çox yüksək nizamlı bir riyaziyyatçı olduğunu yazmışdır. Beynəlxalq vahidlər sistemində elektrik tutumu onun şərəfinə farad olaraq adlandırılmışdır Albert Eynşteyn iş otağının divarında İsaak Nyuton və Ceyms Maksvelin şəkilləri ilə yanaşı Faradeyin də şəkli var idi. Fizik Ernest Rezerford deyirdi ki, "Onun kəşflərinin böyüklüyünü, dərəcəsini, elmin və sənayenin tərəqqisinə təsirini nəzərə aldıqda, ən böyük elmi kəşfləri edənlərdən biri olan Faradeyin xatirəsinə hədiyyə edilə biləcək qüdrətdə heç nəyin olmadığını anlayıram."


Developed by StudentB